Salyanda yol qəzasında 2 nəfər ölüb

28 Aprel 2018 09:17 (UTC+04:00)

Apa-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi “KaMAZ” markalı 42-BU-105 dövlət nömrə nişanlı avtomobillə, 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini, Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mersedes” markalı 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişini- Neftçala rayon Ərəbqardaşbəyli kənd sakini, 26 yaşlı İlqar Əbil oğlu Abasov hadisə yerində ölüblər. Avtomobildə sıxılıb qalmış cəsədlər FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.