Türkiyədə ağır yol qəzası: onlarla yaralı

28 Aprel 2018 09:33 (UTC+04:00)

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 30 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün xəsarət alanlar Elazıq xəstəxanalarına yerləşdirilib.

Hadisənin səbəbi avtobus sürücüsünün idarəetməni itirməsi olub.