Suriya nümayəndə heyətini müəyyənləşdirib

15 Mart 2013 08:33 (UTC+04:00)



Trend-in verdiyi məlumata görə, Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Paris və Vaşinqton Suriya müxalifətinin danışıqlar aparmaq üçün masa arxasına əyləşmək istədikləri nümayəndələrin müəyyənləşdirilməsi üçün Moskva ilə məsləhətləşmələr aparır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Londonda deyib ki, yaxın zamanlarda Suriya müxalifəti danışıqlar aparmaq üçün nümayəndə heyətini müəyyənləşdirəcək.
Xatırladaq ki, Suriyanın baş nazirinin birinci müavini Kadri Camil ötən ilin dekabr ayında Moskvaya səfərə gəlib. Hələ o zaman, Kadri Camil bildirmişdi ki, onlar hakimiyyətlə dialoqun qurulmasına razı olan müxalifətçilərlə danışıqlara hazırdırlar.

AzNews.az