Bakı İstintaq Təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb

28 Aprel 2018 11:40 (UTC+04:00)

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan “Coca-Cola” qabında spirtli maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az