Şəmkirdə evdən 4700 dollar pul oğurlanıb

28 Aprel 2018 11:55 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən 4700 ABŞ dolları və 200 manat, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İpəkyolu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Süleymanov saxlanılıb