Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.