Müdafiə Nazirliyinin saytında verilən xəbərə görə, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.
Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETS İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.