17 yaşlı gənc yaşıdı olan ögey anasını öldürdü

15 Mart 2013 08:37 (UTC+04:00)



Biri rəsmi,digər ikisi isə dini nikahla 3 arvadı olan 49 yaşlı Ruhi Ayerdemin 17 yaşlı oğlu cinayət törədib. O, atasının onunla yaşıd olan 17 yaşlı və 3 aylıq hamilə arvadını öldürüb. Ögey anasını tüfənglə öldürən oğlanın psixoloji vəziyyəti gərgindir.

Məlumata görə, Ruhi Aydem özündən 32 yaş kiçik qızla ötən il qeyri-rəsmi evlənib. 3 arvadı ilə də ayrı-ayrı evlərdə yaşayan 49 yaşlı kişinin sonuncu arvadı ilə digər qeyri-rəsmi nikahdan olan oğlu arasında mübahisənin nədən yarandığı bildirilmir.

Ögey anası Dərya Özkaranı tügənglə öldürən yeniyetmə hadisə yerindən qaçıb.

Elnarə Əlosmanqızı
AzNews.az