Yanğında zəhərlənənin kimliyi məlum oldu

28 Aprel 2018 15:11 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan şəxs 1992-ci il təvəllüdlü Həsənov Samir Elxan oğludur. Xəstə zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, bu gün Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.

AzNews.az