Nazirlərin üçtərəfli görüşü baş tutub - Bəyannamə qəbul edilib

28 Aprel 2018 16:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rusiya, Türkiyə və İran Moskvada keçirilən görüşdən sonra birgə bəyannamə qəbul edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov şənbə günü İran və Türkiyəli həmkarlarının iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

"Biz bu gün yayımlanacaq birgə bir bəyanat qəbul etdik, bu görüşümüzün əsas nəticələrini əks etdirir. Hər halda, biz Suriya böhranının 2254 saylı qətnamə əsasında Soçidə Milli Dialoq Konqresinin tövsiyələrinə əsasən qeyri-alternativ siyasi və diplomatik olaraq aradan qaldırılmasına sadiqik", - deyə Lavrov bildirib.