VAZ hasara çırpılıb - Sürücünün vəziyyəti ağırdır

28 Aprel 2018 17:14 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

Rayon sakini 1987-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Rəsulov idarəetməni itirərək "VAZ 2106" markalı avtomobili hasara çırpıb.
Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.