Kristina Aqileradan Bakıda möhtəşəm performans - Video

29 Aprel 2018 11:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dünya ulduzu “Baku Crystall Hall”da "Genie in a bottle", "Say something", "Lady Marmalade" kimi məşhur hitlərini səsləndirib.

Kristinanın ardınca isə DJ-lər Axwell and İngrosso səhnəyə çıxaraq, Formula 1 fanatlarına unudulmaz emosiyalar yaşadıb.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Pri yarışlarının finalı bu gün baş tutacaq. Mövsümün dördüncü yarışının qalibi məlum olduqdan sonra isə son vaxtların ən məşhur xanım ifaçısı Dua Lipa günə yekun vuracaq.