Kim Çen In Yaponiya ilə danışıqlara hazırdır

29 Aprel 2018 12:00 (UTC+04:00)

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə telefon danışığı zamanı Cənubi Koreya prezidenti Mun Çje İn Yaponiyanın baş naziri Şinzo Abeyə deyib.

Qeyd edək ki, aprelin 27-si Pxanmuncomda Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR-nın lideri Kim Çen In arasında görüş olub. Danışıqların yekunları üzrə iki ölkənin liderləri birgə "Sülh, çiçəklənmə və Koreya yarımadasının birləşməsi haqqında Pxanmuncom bəyannaməsi" imzalayıblar.

AzNews.az