Müxalifətçilər İrəvanın mərkəzi meydanına gedən yolu bağladılar

29 Aprel 2018 13:07 (UTC+04:00)

Trend-in məlumatına görə, yüzlərlə müxalifətçi piyada keçidlərində duraraq avtomobillərin yolunu bağlayırlar.

Bundan əlavə meydanının ətrafındakı mərkəzi küçələr bağlanıb.

İrəvanın mərkəzi hissəsində az sayda polis var, onlar etirazçılara mane olmurlar.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir.

AzNews.az