Bir həftədə 466 terrorçu məhv edildi

29 Aprel 2018 13:54 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ötən həftə ərzində hökumət qüvvələri tərəfindən 13 əyalətdə (Hilmend, Uruzqan, Fərəh, Fəryab, Cauzdan, Tahar, Badahşan, Kandaqar, Zabul, Herat, Loqar, Maydan Vardak və Nanqahar) 105 antiterror əməliyyatı keçirilib.

Bundan əlavə qeyd edilir ki, 251 terrorçu yaralanıb, 49-u isə əsir götürülüb. Terrorçulardan 20 növ silah, 90 partlayıcı və sursat götürülüb.

AzNews.az