İstanbula uçacaq təyyarə 7 saatdır gecikir

29 Aprel 2018 14:42 (UTC+04:00)

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə reysin sərnişini məlumat verib.

"A-320" təyyarəsi ilə həyata keçirilən PC-381 reysi cədvəl üzrə Moskva vaxtı ilə saat 03:45-də havaya qalxmalı idi.

Sərnişin bildirib ki, 200-dən artıq sərnişin reysə qeydiyyatdan keçib və uçuşu gözləyir, lakin aviaşirkətin nümayəndələri onlara reysin saat 17:00-da qalxacağını bildirirlər: "Hava limanının nümayəndəsi bizə bildirib ki, reys aviaşirkətin yanacaq tədarükçüsünə borcu olduğuna görə gecikir".

AzNews.az