“Azərbaycan idman turnirlərinin təşkilində liderdir” - Rumıniyalı diplomat

29 Aprel 2018 16:18 (UTC+04:00)

Bunu Trend-ə Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika bildirib.

Onun sözlərinə görə, idman müsabiqələrinin keçirilməsi hər bir ölkənin inkişafı üçün vacibdir: "Mən Rumıniya nümayəndə heyəti ilə danışdım, onlar Bakıda Milli Gimnastika Arenasında yaradılan şərait və turnirin təşkilindən heyrandılar. Hər şey vaxtında, peşəkar yanaşma ilə baş verir. Bizim gimnastlar Bakıya gəlməyi sevir, mən isə gimnastika arenasında yarışlara gəlməyi və həmyerlilərimi dəstəkləməyi çox süvirəm".

Ç.Mirika qeyd edib ki, Azərbaycan gimnastikasının böyük gələcəyinə inanır: "Belə obyektlərlə, məktəblərlə, məşqçilərlə gələcək sizindir. Qələbə mütləq gələcək. Burada idmançılar çox yaxşıdır".

O həmçinin açılış mərasimini yüksək qiymətləndirib: "Milli elementlərdən istifadə çox təsirlidir".

Diplomat qeyd edib ki, Azərbaycanda hər il dünya səviyyəsində tədbirlər keçirilir: "2012-ci ildə burada Avroviziya müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə Formula 1 Qran Prisi, 2017-ci ildə isə Azərbaycan İslam Oyunları keçirib, bu il BMX və cüdo üzrə dünya çempionatları keçiriləcək. Buna görə də ölkə beynəlxalq səviyyəli idman yarışlarının təşkilində əsl lideridir. Bu, öz növbəsində, böyük fayda gətirir".

AzNews.az