Azərbaycan hökuməti bu gün Milli Məclisə hesabat verəcək

15 Mart 2013 09:36 (UTC+04:00)
Modern.az saytının məlumatına görə, bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Parlamentin 15 mart iclasının gündəliyinə bir məsələ daxildir.

Belə ki, bugünkü iclasda deputatlar Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatı dinləyəcəklər. Hökumətin hesabatını Baş nazir Artur Rasizadənin verəcəyi gözlənilir.