Bolqar gimnastlar Bakıda birinci oldular

29 Aprel 2018 17:51 (UTC+04:00)

Trend-in məlumatına görə, onların finaldakı nəticəsi 19,050 bal olub.

Yaponiya idmançıları 18,000 balla ikinci yeri tutublar. Ukrayna təmsilçiləri eyni nəticəni göstərsələr də, bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turniri keçirilib. Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqlarda 3-cü olublar.

AzNews.az