Qubada 8 otaqlı evdə yanğın çıxdı

29 Aprel 2018 18:44 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.