“Bakıda tamaşaçılar gimnastlara böyük dəstək verirlər”

29 Aprel 2018 19:10 (UTC+04:00)

Bunu Trend-ə gimnastika azarkeşi Ləman Pir deyib.

O, Milli Gimnastika Arenasında tamaşaçıların idmançıları fəal şəkildə dəstəklədiyini vurğulayıb:

"Ümid edirəm ki, gimnastlar zaldakıların onlara görə necə həyəcan keçirdiyini hiss edirlər".

Azarkeş qeyd edib ki, mütəmadi olaraq gimnastika yarışlarına gəldiyini, bu idman növünün pərəstişkarı olduğunu bildirib:

"Gimnastların çıxışına baxmaqdan zövq alıram. Buna görə də hər dəfə Milli Gimnastika Arenasında keçirilən yarışlara baxmağa gəlirəm".

L.Pir təşkilatçıların Dünya Kubokunun keçirilməsinə yanaşmasını da çox bəyənir: "Zal yarışlara tam hazır vəziyyətə gətirilib - böyük və işıqlıdır".

AzNews.az