Keçmiş prezident vəfat etdi

29 Aprel 2018 20:08 (UTC+04:00)

Trend-in məlumatına görə, Luis Qarsiya Mesa aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Luis Qarsiya Mesa Texada 1980-ci ilin iyul ayında hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olub. O, 1981-ci ilin avqustunda devrilib. 1995-ci ildə Boliviyanın Ali Məhkəməsi ona çoxsaylı insan hüquqlarının pozulması və hakimiyyətə qarşı çıxanların öldürülməsində təqsirli bilərək 30 il azadlıqdan məhrumetmə cəzası verib.

AzNews.az