Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, əvvəllər Amerikanın "Sunoco" neft şirkətinin baş direktoru vəzifəsində çalışan Linn Elzenxans "Saudi Aramco" şirkətinin direktorlar şurasının tərkibinə daxil olmuş yeni 5 üzvün arasındadır.
L. Elzenxansdan əlavə direktorlar şurasına krallığın maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cadaan, iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd əl-Tuvaycri, "Chevron Phillips Chemical"ın sabiq top-meneceri Piter Sella və "Dow Chemical"sın direktoru Endryu Liveris daxil olublar.
AzNews.az