Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada hökümət qüvvələrinə aid hərbi bazalara raket atılıb.
Raketlər silah anbarlarına düşdüyünə görə yanğın və partlayışlar baş verib. Partlayışlar o qədər güclü olub ki, 2.6 bal gücündə zəlzələ qeydə alınıb.
Ötən gün axşam saat 10:30-da edilən hücum nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.
İsrail mediasında yayılan məlumatlara görə hücumun arxasında İsrail dayanır.
AzNews.az