Vətəndaşlar Elektron Xidmətlər Portalını “boykot” edib

15 Mart 2013 09:53 (UTC+04:00)
Vətəndaşlar xidmət əldə etmək üçün Elektron Xidmətlər Portalınına yox, birbaşa dövlət qurumlarının saytlarına daxil olur.

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bunun üçün portal rahat deyil:

"Dəfələrlə bildirmişik ki, Portalın strukturu və rahatlığı ifrat dərəcədə qəlizdir. Təsəvvür edin ki, siz adicə bir xidməti, məsələn, sadəcə gətirdiyiniz maşının qiymətini və ya hansısa bir informativ xidməti almalısınız.
Bunun üçün siz Portalda uzun bir qeydiyyat proseslərindən birini seçməlisiniz. Amma dövlət qurumunun, məsələn Gömrük Komitəsinin saytında bunu elə qeydiyyatsız da, bir andaca öyrənmək olur".

O.Gündüzün fikrincə, portal yeniden qurulmalıdır: "Portal tam sıfırdan yenidən qurulmalı , 2 hissəyə ayrılmalı, İnformativ xidmətlər, hansı ki, buna heç bir qeydiyyat tələb olunmamalıdır. Əsas xidmətlərdən ibarət digər hissə isə qeydiyyatla olmalıdır. Eyni zamanda strukturu, xidmətlərin klassifikasiyası, istifadə rahatlığı tam olaraq yenidən nəzərdən keçirilməlidir. Dövlət qurumlarının xidmətlərinin Portala inteqrasiyasındakı problemləri həll etmək üçün isə Portalın təhlükəsizlik məsələsi tam həllini tapmalıdır.RİTN-nin inhısarında olan Elektron imza məsələsini isə MHM biznesə çevirməməlidir".

Ruhiyyə
Aznews.az