Hadisə rayonun Əmirli kəndi ərazisində baş verib.
Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Asif Hümmətov qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bərdə rayonunda baş verən güllələnmə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.
Prokurorluqdan qeyd edilib ki, hadisəni törədən Asif Hümbətov iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirlir.
AzNews.az