Məşhur ingilis müğənniyə bahalı kürü verildi - Bakıda + Foto

30 Aprel 2018 11:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Son zamanlar "New rules" mahnısı ilə gündəmdə olan məşhur ingilis müğənni Dua Lipa Kristal Hall-da konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl gənc ifaçı Formua 1 yarışlarını izləyən zaman ayağından zədə alıb.
O, şəxsi Instagram hesabında Azərbaycanla bağlı xeyli paylaşım edib. İlk dəfə Asiya ölkəsinə gəldiyinə görə həyəcanlı olduğunu qeyd edən müğənniyə Bakıda 3 ədəd kürü və araxçın hədiyyə ediblər.

Dua Lipa 1995-ci ildə London şəhərində dünyaya gəlib. O, karyerasına 14 yaşından başlayıb. Bir ay əvvəl Londonda keçirilən "Brit Awards 2018" mükafatlandırma mərasimində "Britaniyanın ən yaxşı solo qadın ifaçısı" nominasiyasına layiq görülüb.(milli.az)