Gecə klubunda Əli Mirəliyevin başına nə gəldi? - “Arxa qapıdan qaçıb canımı qurtardım” - Fotolar

30 Aprel 2018 11:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi gecə klubunda rəqqasə Simona Amir və onun rəfiqələri ilə əylənib. Bundan istifadə edən qızlar Əli Mirəliyevlə fotolar çəkdirib və sosial şəbəkədə paylaşıb. Müğənninin bu şəkli ictimai qınağa səbəb olub.

Müğənni Əli Mirəliyev AzNews.az-a açıqlamasında gecə klubuna ilk dəfə getdiyini bildirib:

“Dedim görəsən gecə klublarında mühit necə olur? Səs çox gur olduğundan çox otura bilmədim. Qızlar da fürsəti əldən verməyib, şəklimi çəkiblər. Dəhşətli bir yerdi. Ancaq içki, siqaret və rəqs... qızların əlindən güclə çıxdım. Arxa qapıdan qaçıb canımı qurtardım”.

Bahar RÜSTƏMLİ

AzNews.az