“Rüstəm İbrahimbəyovun səhhəti normaldır”

15 Mart 2013 10:21 (UTC+04:00)
"Rüstəm İbrahimbəyov dünəndən etibarən Marsel şәhәrindә keçirilən 2 hәftәlık beynəlxaq kinofestivalda iştirak edir". Bunu AzNews.az-a Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, R.İbrahimovla axırıncı telefon əlaqəsi dünən olub: "Onunla telefonla danışanda səhətinin tamamilə qaydasında olduğunu dedi. Rüstəm müəllimin işləri çoxdur. Müayinə olunub və birbaş işinin başına qayıdıb".

Xatırladaq ki, R.İbrahimbəyov Marsel şəhərində keçirilən beynəlxalq kinofestivala sədlik edir.

Bahar Rüstəmli
AzNews.az