Güləşçilərimizə yarımfinalda rusiyalı idmançılar rəqib oldu

30 Aprel 2018 15:40 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə olub.

Üç idmançımız yarımfinala vəsiqə qazanıb. Bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Onların hər üçünün də 1/2 finaldakı rəqibi meydan sahibi Rusiya idmançıları olacaq.

55 kq

1/4 final

Eldəniz Əzizli – Nuqzar Surtsumia (Gürcüstan) 9:0

63 kq

1/8 final

Taleh Məmmədov – Levani Kavcaradze (Gürcüstan) 0:4

77 kq

1/8 final

Elvin Mürsəliyev – Rikkardo Vito Abbreşia (İtaliya) 12:8

1/4 final

Elvin Mürsəliyev – Mixal Volnı (Polşa) 7:2

87 kq

1/8 final

İslam Abbasov – Roman Jernovetski (İsrail) 9:0

1/4 final

İslam Abbasov – Viktor Lörinç (Macarıstan) 3:1

130 kq

1/8 final

Türmən Eyyubov – Vladislav Voronyi (Ukrayna) 0:3