Ermənistanda baş nazir postuna yeganə namizəd Nikol Paşinyandır

30 Aprel 2018 19:09 (UTC+04:00)

AzNews.az Ria-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

"Yelk" fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da başa çatıb.