AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, poliqonda tankların yürüşü zamanı tankın üzərində olan 3 nəfər yerə yıxılıb.
Bu zaman tank onların üzərinə çıxıb. Əvvəlcə həmin şəxslərin həlak olduğu barədə məlumat verilsə də, daha sonra həmin şəxslərin xəsarət aldığı bildirilib.
Yıxılan 3 nəfərdən birinin 10-12 yaşlarda olduğu bildirilir.
Xəsarət alanların vəziyyətinin ağır olduğu qeyd olunur.