Azərbaycanda bütün qəbirlər eyni formada olacaq - Video

1 May 2018 00:00 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, qəbirstanlıq üçün ayrılan torpaq sahəsi də bələdiyyə mülkiyyəti sayılacaq.

Həmçinin bütün qəbirlər eyni standartda olacaq. Yeni hazırlanan qanun layihəsi Milli Məclisdə gələn ay müzakirəyə çıxarılacaq.

Qəbirstanlıq əraziləri bələdiyyənin ixtiyarına veriləcək. Bununla bağlı bəzi qanunlara dəyşiklik və əlavələr edilməsi təklif edilir.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, sadalanan standartlar yeni salınacaq qəbirstanlıqlarda tətbiq ediləcək.

Yeni qanun layihəsi qəbirstanlıqlarda yaranan bərabərsizliyi aradan qaldıracaq.

Layihə Milli Məclisin plenar iclasında may ayında müzakirəyə çıxarılacaq.