Hindistanda avtobus qəzası - 6 nəfər öldü

1 May 2018 09:13 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın şimalında baş verən qəza zamanı avtobus yarğana düşüb. Qəza nəticəsində 6 nəfər həlak olub.

Hazırda qəza yerində xilasetmə işləri aparılır. Polis qəzanın səbəblərini müəyyənləşdirir.