Deputatlar bu gün toplaşır

1 May 2018 09:59 (UTC+04:00)

Trend-in məlumatına görə, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.

Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.

AzNews.az