Abşeronda 11 yaşlı oğlan öldü

1 May 2018 10:46 (UTC+04:00)

Lent.az xəbər verir ki, Bakı-Şamaxı yolunun 17-ci kilometrliyində Heydərov Mirələm Mirheydər oğlunun sürdüyü "Mercedes" markalı avtomobil yolun ortasındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Bəbirov Əli Natiq oğlu isə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az