Pambıq sahələrinə baxanda ilan sancdı

1 May 2018 11:17 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdamın Əfətli kəndində baş verib. Ağcabədi rayon sakini Orucov Fazil Atakişi oğlu aqronom kimi çalışdığı Əfətli kəndində pambıq sahələrinə baxış keçirərkən sol əlindən ilan sancıb.

F. Orucov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib.

AzNews.az