51 yaşlı kişinin intihar səbəbi: “Arvadının ayrılığına dözə bilmədi...”

1 May 2018 11:48 (UTC+04:00)

Xıllı qəsəbə sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, Yavər Əziz oğlu Əzizovun özünü öldürməsinə səbəb həyat yoldaşı ilə ayrılması olub:

“3 uşağı var, iki qız bir oğlan. Ata-anası dünyasını dəyişib. Ailə problemləri vardı. Həyat yoldaşı onunla yaşamaq istəmirdi, boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Aprelin 30-da məhkəmə onların boşanması ilə bağlı qərar verdi. Məhkəmədən sonra özünü asdı. Yavərin psixoloji problemləri vardı, qeydiyyatda olan xəstə idi, pensiya alırdı. Həyat yoldaşı da zavodda işləyirdi. Bir sözlə, korluq çəkmirdilər. Ailədir, görünür sözləri düz gəlməyib”.

Qeyd edək ki, Neftçala rayonunda intihar hadisəsi baş verib. Rayonun Xıllı qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü Yavər Əziz oğlu Əzizov özünü üzüm çardağından asıb.

AzNews.az
Bahar RÜSTƏMLİ