Nazir müavini şok statistika açıqladı

15 Mart 2013 11:05 (UTC+04:00)
Azərbaycanın şəhər və rayonlarında çalışan 33 min 143 nəfər mədəniyyət işçisinin yalnız 12 faizi ali təhsillidir. APA-nın məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

O bildirib ki, regionlarda çalışan mədəniyyət işçilərinin 39 faizi orta təhsillidir. Ali təhsillilərin ən aşağı faizi Daşkəsən rayonundadır. Burada mədəniyyət işçilərinin yalnız 3 faizi ali təhsillidir. Ağsu, Astara, Bərdə, Lerik və Tovuz rayonlarında isə bu göstərici təxminən 6 faiz təşkil edir. Ən yüksək göstərici Abşeron rayonundadır. Burada çalışan mədəniyyət işçilərinin 24 faizi ali təhsillidir. Sumqayıt, Gəncə şəhərlərində, Salyan rayonunda ali təhsilli mədəniyyət işçilərinin göstəricisi 22-23 faiz təşkil edir.

AzNews.az