Fəhlə ehtiyatsızlığın qurbanı oldu

1 May 2018 14:37 (UTC+04:00)

“Ölkə.Az”ın xəbərinə görə, aperl ayının 26-da Şüvəlan qəsəbə sakini 1964-cü il təvəllüdlü Akif Mehdiyev günəmuzd işlədiyi həyətdə tikinti işləri apararkən ehtiyatsızlığın qurbanı olub. Belə ki, o, pilləkəndə yıxılaraq başı daşa dəyib. 3 saylı xəstəxanaya çatdırılan fəhlə həkimlərin səylərinə baxmayaraq, ötən gecə dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırmalara başlanılıb.

AzNews.az