Bakı Metropoliteninin cərimələnməsi üçün məhkəməyə müraciət edildi

1 May 2018 15:50 (UTC+04:00)

Bu barədə AzNews.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı “Kamaz” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

Araşdırma zamanı avtomobillərin “Bakı metropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.