Xarici dili ana dili kimi öyrənmək üçün ən ideal yaş hansıdır?

1 May 2018 17:36 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Amerikalı alimlərin apardıqları araşdırma nəticəsində məlum olub ki, xarici dildə ana dilində olduğu kimi danışmağı öyrənmək üçün ən ideal yaş dövrü 10 yaşa kimi olan dövrdür. Dil öyrənmə qabiliyyəti 17-18 yaşlarına kimi də yaxşı olur, amma yaş keçdikcə dil öyrənmə qabiliyyəti azalır.

Alimlər dil öyrənməyin çox faydalı olduğunu bildiriblər. Belə ki, yaşlı vaxtda öyrənilən dil insanların yaddaşının itməsinə qarşı təsirli vasitədir.