“Azərsu”dan Bakıda çökən yolla bağlı açıqlama - Yenilənib

1 May 2018 19:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu “Report”a Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində yolun çökməsi ilə bağlı məsələlərə aydınlıq gətirən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qurum əməkdaşları hadisə yerində işləyirlər: “Hazırda Nəsimi rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Aparılmış qazıntı və ölçmə işləri nəticəsində yolun çökməsinə su, yaxud kanalizasiya sızıntısının səbəb olmadığı müəyyənləşib".

Qeyd edək ki, bu gün günün ikinci yarısında Həsən Əliyev küçəsində çökmə baş verib. Bu səbəbdən 1 kvadratmetr ərazidə dərinliyi 1 metr olan çökəklik yaranıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a bildirib ki, çökməyə səbəb su, yaxud kanalizasiya sızıntısının olması hesab edilir”.

***

17:59

"Report"a daxil olan məlumata görə, hazırda həmin istiqamətdə yol bağlanılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a bildirib ki, qurumun əməkdaşları da hadisə yerinə göndərilib: "Məsələ ilə bağlı məlumat veriləcək".

***

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib.

A.Nəcəfli bildirib ki, hadisə yolu kənarında, 1 kvadrat metr ərazidə, 1 metr dərinlikdə baş verib: "Çökməyə səbəb çox güman ki, su və yaxud kanalzasiya sızıntısıdır. Hazırda yolda hərəkətə maneə yoxdur. Əraziyə həm su idarəsindən nümayəndələr, həm də bizim əməkdaşlar cəlb olunub".

AzNews.az