AZAL Gürcüstanın hava məkanından ən çox istifadə etmiş şirkətlərin arasında

1 May 2018 18:09 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində “Sakaeronavigatsia” MMC-yə istinadla xəbər verir ki, siyahıda “Azərbaycan HavaYolları” QSC (AZAL) 4-cü yeri tutub.

Hesabat dövründə qonşu ölkənin hava məkanından tranzit daşınmaları üçün ən çox istifadə etmiş aviaşirkət “Türk HavaYolları”dır. İlk üçlükdə daha sonra “Qatar Airways” və “Thai Airways International” aviaşirkətləri yer alıb.

Yanvar-mart aylarında Gürcüstanın hava məkanında 32 907 uçuş həyata keçirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur.

Qeyd edək ki, 2017-ci ildə AZAL Gürcüstanın hava məkanından 7 371 dəfə keçməklə qonşu ölkənin hava məkanından ən çox istifadə etmiş 2-ci şirkət olub.