Nigeriyada məscidə hücum oldu - Ölənlərin sayı artmaqda davam edir (Yenilənib)

1 May 2018 23:10 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində ölənlərin sayı 48-ə çatıb, 68 nəfər isə yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Ölü sayının arta biləcəyi istisna edilmir.

İlkin ehtimallar görə, hadisəni “Boko Haram” terrorçu qruplaşması törədib.

***

20:41

Nigeriyanın şimal-şərqində yerləşən terrorçular tərəfindən ardıcıl iki partlayış törədilib.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, insident Adamava ştatının Mubi şəhərində qeydə alınıb.

Terror hücumu nəticəsində azı 24 nəfər həlak olub.

Terrorçu-kamikadzelərdən biri özünü məscidin içində partladıb, digəri isə yaxınlıqda yerləşən geyim dükanında partlayıcı kəmərini işə salıb. Ölənlərdən savayı onlarla insanın yaralandığı xəbər verilir.

İlkin ehtimallar görə, hadisəni “Boko Haram” terrorçu qruplaşması törədib.

Qeyd edək ki, 2009-cu ildən bəri “Boko Haram” tərəfindən törədilən terror hadisəlrindən 20.000 insan həlak olub, 2 milyona yaxın insan isə öz yerlərindən didərgin düşüb.