"Hökumətin “erməni soyqırımı”nı tanımaqla bağlı planı yoxdur" - İsveçin Baş naziri

1 May 2018 21:12 (UTC+04:00)

AzNews.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

“Mən dediyimi etdim, araşdırma aparıldı və nəticələr baş verən hadisələrin çox mürəkkəb olduğunu göstərir. Soyqırımını parlament səviyyəsində və hökumət səviyyəsində tanımaq başqa-başqa şeylərdir”, - deyə o bildirib.

Jurnalistlərin “Yəni, baş verən hadisələri sizin hökumətiniz tanımayacaqmı?” sualına Baş nazir “Hökumətin belə bir planı yoxdur, baş verənləri tarixdən öyrənməliyik”, - deyə cavab verib.

Xatırladaq ki, Stefan Löfven 2014-cü ildə bu məsələ ilə bağlı hökuməti ciddi addımlar atmağa vadar edəcəyini bildirmişdi, lakin Baş nazir seçiləndən sonra o, yanaşmasını dəyişib.