Bakıdakı toqquşmanın əsas səbəbkarı kim idi? - Niki Laudadan şərh (Foto)

1 May 2018 22:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, N.Lauda “F1i”yə açıqlamasında deyib: “Mən pilotların hər ikisini Toto Volfla birlikdə ofisə çağırardım və onlara vurduqları ziyan müqabilində maaşlarının çox hissəsinin kəsiləcəyini deyərdim. Vaxtilə biz özümüz də bu cür tədbir görülməsini düşündük, lakin “Mersedes”də bunu tətbiq etmək lazım olmadı.

İki il əvvəl biz Hamiltona və Rosberqə aydın şəkildə başa saldıq ki, belə etmək olmaz. Bu, fəlakətdir. Biz də 2016-cı ildə İspaniya Qran-Prisi zamanı buna bənzər təcrübə yaşamışdıq. Fikrimcə, Bakıda günahın 70 faizi Ferstappenin, 30 faizi isə Rikkardonun üzərindədir. Ferstappen daim kənara çıxırdı”.