Ağdamda yanğın baş verdi

1 May 2018 22:22 (UTC+04:00)

AzNews.az FHN rəsmi saytına istinadən xəbər verir ki, rayonun Üçoğlan kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün atma taxtaları 12 m² sahədə və 2 ədəd pəncərə çərçivəsi qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.