Abşeronun sürüşmə sahəsində qrunt suları yer səthinə çıxdı

1 May 2018 22:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Binəqədi rayonu Binəqədi 1-ci yaşayış sahəsində əraziyə düşən atmosfer yağıntıları və texnogen amillərin təsirindən subasma prosesinin dinamikasında aktivlik müşahidə edilib.

Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, "Savalan" və "Daş karxanası" yaşayış massivlərində, Zabrat-Məhəmmədi subasma sahəsində, Xəzər rayonunun Qala qəsəbəsində subasma sahəsində nisbi aktivlik qeydə alınıb.