Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı - Fotolar

1 May 2018 22:36 (UTC+04:00)

AzNews.az Nazirliyn mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi İ.Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə verib.

Xatırladaq ki, İdris kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.